Əsas Səhifə > Hadisə > Zakir Həsənov Türkiyəyə səfər edəcək
Zakir Həsənov Türkiyəyə səfər edəcək8-05-2018, 16:56 |
|
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da Türkiyənin İzmir şəhərinə səfər edəcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan müdafiə nazirinin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar gününə qatılacaq. Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan ordusunun yüzdən artıq hərbi qulluqçusu iştirak edir. Rubrika.Az Geri qayıt |