Əsas Səhifə > Hadisə > Abşeronda ata oğlunun gözü önündə ölümcül bıçaqlanıb
Abşeronda ata oğlunun gözü önündə ölümcül bıçaqlanıb15-05-2018, 08:02 |
![]() Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib. Rubrika.az “Report”a istinaden xəbər verir ki, 12 yaşlı oğlu ilə 26-cı məhəllədəki kafedən çıxan 1978-ci il təvəllüdlü Ağacanov Rauf Mamed oğlu yaşadığı evə gedərkən yolda Tərlan adlı tanışı ilə rastlaşıb. Bu zaman qarşı tərəf R.Ağacanovun döş qəfəsinə, bədəninin müxtəlif nahiyələrinə və boğazına ümumilikdə 6 bıçaq zərbəsi vurub. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Rubrika.az Geri qayıt |