Əsas Səhifə > Gündəm > Prezident 2 sərəncam imzaladı: Təşkilat Komitəsi yaradıldı
Prezident 2 sərəncam imzaladı: Təşkilat Komitəsi yaradıldı15-05-2018, 19:35 |
|
Rubrika.az Qaynarinfo-ya istinaden xeber verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. 1. Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın: Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Təşkilat Komitəsi sədrinin müavini Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Təşkilat Komitəsinin üzvləri Yusif Məmmədəliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Cahangir Əsgərov – "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev – "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev – "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru Vüsal Kərimli – Bakı Nəqliyyat Agentliyinin direktoru Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ağacan Əbiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azər Əliyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi Fərid Mansurov – Olimpiya çempionu. 2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 45,0 (qırx beş) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”. Rubrika.az Geri qayıt |