Əsas Səhifə > Qalmaqal > Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava
Sumqayıt Dövlət Universitetinin tələbələri arasında kütləvi dava15-05-2018, 21:09 |
|
Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub. Rubrika.az "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb. Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralı tələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb. Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |