Əsas Səhifə > Hadisə > Dənizkənarı Bulvarda 28 yaşlı gənc intihar etdi
Dənizkənarı Bulvarda 28 yaşlı gənc intihar etdi16-05-2018, 10:43 |
|
Dənizkənarı Bulvarda intihara cəhd edən oğlan daha sonra özünü dənizə ataraq öldürüb. Rubrika.Az Olke.az-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Parkın Səbail rayonu ərazisinə düşən hissəsində baş verib. 1990-cı il təvəllüdlü Sadıqov Şəhriyar Ceyhun oğlu bulvar ərazisində bıçaqla özünə xəsarət yetirərək intihara cəhd göstərib. Daha sonra o, özünü dənizə atıb. Dənizdə boğulmaqda olan şəxs ətrafdakıların köməyilə xilas edilib. Ş.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Rubrika.Az Geri qayıt |