Əsas Səhifə > Hadisə > Xarici işlər nazirinin yeni müavini kimdir? — DOSYE
Xarici işlər nazirinin yeni müavini kimdir? — DOSYE16-05-2018, 15:31 |
|
Azərbaycanın Xarici İşlər Nazirliyində yeni təyinat olub. Rubrika.az Olke.az-a istinadən xəbər verir ki, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sabiq sədri Ramiz Həsənov bu posta layiq görülüb. Komitə prezident İlham Əliyevin sərəncamı ilə bir müddət əvvəl ləğv olunub. Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olub. 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərib. 1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışıb. 1997-2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunub. 2008-ci ilin noyabr ayından bu günə qədər Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədridir. Bu gündən xarici işlər nazirinin müavinidir. Ailəlidir, iki övladı var. Rubrika.az Geri qayıt |