Əsas Səhifə > Dünya > Ebola təhlükəsi davam edir: 23 nəfər öldü

Ebola təhlükəsi davam edir: 23 nəfər öldü


17-05-2018, 22:58
Ebola təhlükəsi davam edir: 23 nəfər öldü

Demokratik Konqo Respublikasında ebola virusundan ölənlərin sayı artmağa davam edir.

Rubrika.az xarici KİV-ə istinadən xəbər verir ki, daxili orqanlarda qanaxma yaradaraq ölümə aparan virusun epidemiyaya çevrilmə təhlükəsi var. Xəstəlik əvvəlcə qripə bənzədiyi üçün şübhə yaratmır.

Xəstəlik hazırda 1 milyon nəfərin yaşadığı Mbandakedə yayılıb. Bu günə qədər ebola diaqnozu qoyulan 42 nəfərdən 23-ü dünyasını dəyişib.

Ebolaya yoluxma ehtimalı olan 430 nəfər müəyyənləşdirilib və onlarla ünsiyyətdə olan 4 min nəfər xəstəlik təhlükəsi ilə üz-üzədir.

Dünya Səhiyyə Təşkilatının rəhbər şəxslərindən olan Peter Salama bildirib ki, virusun daha geniş ərazilərdə, digər ölkələrdə də yayılma təhlükəsi var.


Rubrika.az
Geri qayıt