Əsas Səhifə > Hadisə > Arif Alışanovun İTV-dəki “sağ əli” zərərsizləşdirildi - TƏFƏRRÜAT

Arif Alışanovun İTV-dəki “sağ əli” zərərsizləşdirildi - TƏFƏRRÜAT


18-05-2018, 17:55
Arif Alışanovun İTV-dəki “sağ əli” zərərsizləşdirildi - TƏFƏRRÜAT

Cəmil Quliyevin İTV-nin baş direktorluğundan getməsi ilə televiziyada Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun hökmranlığına son qoyulması prosesinə start verilib.

Rubrika,Az BakuPost-a istinadla bildirir ki, daxil olan məlumata görə, Alışanovun TV-dəki adamlarının səlahiyyətləri bütünlüklə əlindən alınıb. Proses isə ilk növbədə AzTV sədrinin TV-dəki "kassir”indən başlanıb.
TV-dəki mənbənin saytımıza verdiyi məlumata görə, müvəqqəti baş direktor gələnə kimi bütün çəkilişlərə nəzarət hər kəsin "qara kassir” adlandırdığı Şahin İbrahimovda olub. Belə ki, qurumlardan gələn tədbir dəvətləri ilə bağlı faks aparatı məhz Ş. İbrahimovun otağında olub. Alışanovun təkidi ilə xəbərlər departamentinin baş redaktorunun, prodüserinin görməli olduğu iş – çəkilişlərin müxbirlərə yazılması işi "pulların qırağa çıxmaması” səbəbi ilə "qara kassir”ə həvalə olunub. Hətta onun otağında pulları yığdığı seyf də mövcud imiş.

Rubrika.Az
Geri qayıt