Əsas Səhifə > Media > Nar abunəçiləri həftə sonlarında pulsuz danışır

Nar abunəçiləri həftə sonlarında pulsuz danışır


18-05-2018, 19:21
Nar abunəçiləri həftə sonlarında pulsuz danışır

Nar abunəçiləri həftə sonlarında pulsuz danışır


“Nar”-ın yeni “Pulsuz həftəsonu” kampaniyası sayəsində artıq bütün Nar abunəçiləri həftənin şənbə və bazar günləri öz aralarında pulsuz danışa bilər. Kampaniyaya qoşulmaq üçün 777 qısa nömrəsinə SMS-lə “heftosunu” yazıb göndərmək kifayətdir. Kampaniyadan istifadə etmək tamamilə ödənişsizdir.

Qeyd edək ki, həftə sonlarında pulsuz danışıq imkanından yararlanmaq üçün həftə içi günlərində (bazar ertəsindən cümə gününə kimi) Nar nömrəsi 2 AZN məbləğində balans istifadə etməlidir. Həftə ərzində bütün istiqamətdə zənglərə, SMS-ə, mobil internetə və həmçinin Turbo paketlərinə sərf olunan məbləğlər hesaba alınır və 2 AZN-dən çox olduğu halda, həftə sonlarında şəbəkədaxili zəng xidməti pulsuz təqdim edilir. Şənbə və bazar günlərində təqdim olunan pulsuz zənglərin həcmi 500 dəqiqə olaraq müəyyən olunub.

Rubrika.az Teref.info-ya istinaden xəbər verir ki, “Pulsuz həftəsonu” və digər kampaniyalar haqqında ətraflı məlumatı nar.az saytında əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda “Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. “P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi “ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınmışdır.


Rubrika.az
Geri qayıt