Əsas Səhifə > Dünya > Paşinyan hökuməti "vor zakon"lara ilişir

Paşinyan hökuməti "vor zakon"lara ilişir


19-05-2018, 18:18
Paşinyan hökuməti "vor zakon"lara ilişir

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları “konveyer rejimində" polis bölmələrinə gətirilən kriminal aləmin nümayəndələri ilə profilaktik söhbətlər aparmağa başlayıblar.

Rubrika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, son üç gün ərzində ondan çox “qanuni oğru”, otuza yaxın kriminal avtoritet polis bölmələrinə gətirilib. Polislər onlardan qeyri-qanuni fəaliyyətlərini dayandırmağı xahiş ediblər.

Profilaktik söhbətlərin təşkil olunmasında əsas rol Cinayət axtarış baş idarəsinin əməkdaşlarının üzərinə düşüb. Onlar mayın 17-də bir müddət əvvəl Ukraynadan Ermənistana gələn 43 yaşlı, “Maneti Txa Samo” adı ilə məşhur olan “qanuni oğru” Samvel Artunyanı söhbətə dəvət ediblər. S.Artunyan 2016-cı ildən etibarən ölkə xaricində, Türkiyədə və Ukraynada yaşayıb. Onun ölkədən qaçaq düşməsinə səbəb kimi əvvəlki hakimiyyətlə münaqişələrinin yaranması göstərilir.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın hakimiyyəti dövründə "vor zakon"lar üçün münbit şərait yaradılmışdı. Çünki Serjikin özü və qardaşı erməni kriminal avtoritetlərlə şəxsən münasibət saxlayırdılar. Son illərin bir sıra "sxodka"ları məhz Ermənistanda keçirilmişdi.

Rubrika.az
Geri qayıt