Əsas Səhifə > Dünya > “Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirib, türkmənlər evlərini tərk edib
“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirib, türkmənlər evlərini tərk edib21-05-2018, 19:08 |
![]() Əfqanıstanla sərhəddə, o cümlədən ölkənin şimalındakı silahlı qarşıdurma nəticəsində etnik türkmənlər öz evlərini tərk ediblər. Rubrika.az “CA-NEWS”a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Qunduz əyalətinin yerli məclisinin deputatı Səid Əsədulla Sadat bildirib. “Taliban” qruplaşması Kalayzal rayonunun 86 kəndini ələ keçirib. Həmin ərazidəki hökumət qoşunları “Taliban” tərəfindən sıxışdırılıb”, - o vurğulayıb. Həmin əyalətlərə “Taliban” bu ilin aprelindən hücuma keçib. Ona görə də yerli əhali, o cümlədən etnik türkmənlər evlərini tərk ediblər. Qunduz, Covuzcan, Faryap və Bəlx əyalətlərinin 34 rayonunda etnik türkmənlər sıx yaşayır. Əfqanıstanda 3,5-4 milyon türkmən yaşadığı ehtimal olunur. Faryapın 9, Covuzcanın 3, Bəlxin 1 rayonu Türkmənistanla sərhəddə yerləşir. Ümumilikdə, Əfqanıstanla Türkmənistan arasında sərhədin uzunluğu 800 km-dən artıqdır. Rubrika.az Geri qayıt |