Əsas Səhifə > Hadisə > Nazirdən Səlim Müslümovun qulluqçusunun oğluna qəribə jest - İddialar...
Nazirdən Səlim Müslümovun qulluqçusunun oğluna qəribə jest - İddialar...21-05-2018, 21:00 |
|
Səlim Müslümovun işdən azad edilməsilə ümidlənən və gənc nazir Sahil Babayevdən müsbət gözləntiləri olan aztəminatlı insanlara ilk bəd xəbər gəlib FİA.Az-a sızan məlumata görə, nazirlikdə kök salmış Səlim Müslümov - Əjdər Cəbiyev cütlüyünün yerləşdirdiyi maxinasiya ustalarının yerinə daha peşəkarı gəlməkdədir. Bakının Sabunçu rayonunda olan kadr dəyişikliyi buna misaldır. Pensiya fondunun rayon şöbəsinin müdiri Əlbarat Poladovu işdən azad edilib. Amma yerinə həmin şöbənin pensiya təyinatı sektorunun müdiri Firdovsi Əliyevin təyin edilməsi insanları məyus edib. Ə.Poladov Ə.Cəbiyevin qohumudur.Ə.Cəbiyevin nazirliyin bütün strukturlarında çox böyük korrupsiyaya zəmin yaratdığı məlumdur. Onun sistemə yerləşdirdiyi kadrların da bu əməllərdə iştirakı danılmazdır. Odur ki, nazirin Ə.Poladovu işdən azad etməsi təqdir olunur. Bununla belə, yerinə təyin edilən F.Əliyevin dosyesinə nəzər yetirəndə peşmanlıq yaranır. Görünür ki, hörmətli nazir bununla maraqlanmayıb. Maraqlansa bilərdi ki, həmin şəxs əvvəllər Xətai şöbəsində işləmiş, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məlum əməliyyatından sonra Sabunçu şöbəsinə keçirilib, pensiya məsələləri üzrə mahir maxinator, eyni zamanda məhşur Ağsunun Pirhəsənli kəndinin sakini və Səlim Müslümovun ev xidmətçisinin oğludur. Yəni Səlim Müslümovun himayəsində olan bir şəxsdir. Belə çıxır ki, ya bu adamın yeni “dayısı” meydana çıxıb və yeni nazirə F.Əliyevi mələk kimi təqdim edib, ya da yeni nazirin kadr siyasəti sələfinin də olduğu kimi sadəcə imitasiyadır. Rubrika.az FİA.Az-a istinaden xəbər verir ki, ötən il Sumqayıt sakini Z.Axundov redaksiyamıza ünvanladığı şikayət məktubunda 3 aydır yeni doğulan uşağına görə, onlara verilməli olan birdəfəlik müavinəti ala bilmədiyini yazırsı. Bildirirdi ki, 2017-ci il iyulun 17-də "ASAN" Xidmətdən arayış almaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə təqdim edib: “Həyat yoldaşım Sabunçu rayonunda pasport qeydiyyatındadır. Yeni doğulan qızım haqqında doğum şəhadətnaməsini, arayışı və digər sənədləri Sabunçu rayon şöbəsinə təqdim etdim. Amma 3 aydır gedib-gəlməyimə baxmayaraq, pulu ala bilmirəm. Bürokratik əngəllər yaradılır. Bu bürokratik əngəllər şəxsən şöbənin rəisi Əlbarat Poladov tərəfindən həyata keçirilir. Dəfələrlə onun qəbulunda olub, problemin aradan qaldırılmasına yardımçı olmasını istəsəm də, istəyimə nail ola bilməmişəm. Çarəsiz və çıxılmaz durumdayam. Kimə və hara müraciət edəcəyimi də bilmirəm”. Xatırladaq ki, S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb. Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır. Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb. Yazıda adı keçən tərəfləri dinləməyə hazırıq. Rubrika.az Geri qayıt |