Əsas Səhifə > Dünya > Fələstin İsraili beynəlxalq məhkəməyə verib
Fələstin İsraili beynəlxalq məhkəməyə verib22-05-2018, 22:36 |
|
Fələstin İsraili Haaqa Beynəlxaq Məhkəməsinə verib. Rubrika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib. Onun sözlərinə görə, İsrailin Fələstində törətdiyi qətllərlə bağlı sənədlər Haaqa Beynəlxaq Məhkəməsinə təqdim olunub. Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb. Rubrika.az Geri qayıt |