Əsas Səhifə > Manşet > Rusiyanın “Dostluq” ordeni ilə təltif olunan A. Fərzəliyevin idarəçiliyi nəticəsində Nərimanov rayonunda vəziyyət “rusca” dır

Rusiyanın “Dostluq” ordeni ilə təltif olunan A. Fərzəliyevin idarəçiliyi nəticəsində Nərimanov rayonunda vəziyyət “rusca” dır


22-05-2018, 23:17
Rusiyanın “Dostluq” ordeni ilə təltif olunan A. Fərzəliyevin idarəçiliyi nəticəsində Nərimanov rayonunda vəziyyət “rusca” dır

İcra başçısının müavini FETO sevdalısı Şahmar İbadovla birlikdə “Nərimanov macəraları”nın müdhiş gizlinləri

11 aprel seçkilərindən sonra adı daima tənqidlərə tuş gələn, fəaliyyəti ilə təmsil olunduğu iqtidar komandasının belə mənfi imitasiyasını formalaşdıran bir çox məmurlar üçün yolun sonu gəldi. Həm də qeyd etmək zəruridir ki, onlar özlərini toxunulmaz statusuna malik kadrlar kimi aparır, medyanın, cəmiyyətin qınaqlarına əhəmiyyət vermirdilər. Lakin, cənab Prezident bir daha sübut etdi ki, göstərilən etimadı doğrultmayan, fəaliyyətində dönüş yaratmayan istənilən məmura bu komandada yer yoxdur.

Rubrika.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu haqqında qısa araşdırma apardıqda ortaya elə faktlar çıxır ki, baş verənlərin hansısa dedektiv serialda, yoxsa real həyatda baş verdiyi insanı şaşırdır. Rayona rəhbərlik edən Abidin Fərzəliyev və onun “əsas kadrı” hesab olunan Şahmar İbadovun “fəaliyyət tarixçələri” o qədər “zəngindir” ki, bu barədə dastanlar bağlamaq olar. Rusiyanın “Dostluq” ordeni ilə təltif olunan A. Fərzəliyevin idarəçiliyi nəticəsində Nərimanov rayonunda vəziyyət “rusca” dır desək yanılmarıq. Rayonda özünün şəriksiz hökmranlığını yaradan icra başçısı bütün gəlirli sahələri, biznes strukturlarını, iaşə obyektlərini, hətta avtoyuma məntəqələrini ( bu sahə Nərimanov rayonunda xüsusilə çiçəklənib və A. Fərzəliyevin monopoliyasındadır) nəzarətə götürərək qazanılan hər manata şərik çıxır. Rayon ərazisində hektarla, sotla satılması mümkün olan bütün ərazilər çoxdan satılıb qurtarıldığı üçün indi də kvadrat metrlə torpaq sahələri satışa çıxarılır. 50 kvadratlıq belə sahələrin hər biri isə azı 25 min manatdan başlanan qiymətlərə satılır. Göründüyü kimi icra başçısısnın fəaliyyəti nəticəsində Nərimanov rayonunnu hər qarışı qızıl qiymətinə dəyərlənirilir.
A. Fərzəliyev həm də özünün ekstrim ov hobbisi ilə də çox məhşurdur. Bu ovçuluq eşqi bəzən qanlı faciələrlə nəticələnsə də, ona bu barədə xəbərdarlıqlar edilsə də icra başçısı qan axıtmaqdan əl çəkmək fikrində deyil.
Rubrika.az bildirir ki, A. Fərzəliyev öz dəbdəbəli həyat tərzi, bahalı əyləncələri ilə zaman-zaman gündəmin əsas qəhrəmanlarından biri olub. Onun bahalı ov itləri saxlaması, bu cins itlərə olan xüsusi diqqəti hər kəsə bəllidir. İcra başçısının 20 min manata İngiltərədən it gətizdirməsi, hətta itinə qulluq etmək üçün həmin ölkədən təlimçi də dəvət etdirməsi məlumdur. Hər ay öz itlərinə on min manatdan çox vəsait sərf edən başçının bütün bunları “quru maaşla” etməsinə isə heç uşaqları da inandırmaq olmaz.
Abidin Fərzəliyevin ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır. Bu bahalı itlərə xüsusi baxıcılar baxır. Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən dövlət qoruğudur. İcra başçısının ova 10-a yaxın müxtəlif "Cip”lərlə gəldiyi bildirilir. Nəzərinizə çatdıraq ki, Sarı 2 kəndi əsasən ovçuluq və balıqçılıq üzrə ixtisaslaşan kənddir. O da qeyd olunur ki, son dövrlərə qədər icra başçısının ov yoldaşları arasında mühüm dövlət adamları da olub. Hətta adı nurçu qalmaqalında hallandığı üçün Prezident Administrasiyasından uzaqlaşdırılan Elnur Aslanovun da bir neçə dəfə başçının qonağı olduğu söylənilir.
Ümumiyyətlə apardığımız qısa araşdırma nəticəsində məlum oldu ki, özünü nə qədər medyanın tənqidlərindən qorumağa çalışsa da A. Fərzəliyevin adı ətrafında daima qalmaqallı məlumatlara rast gəlinib. Bu yaxınlarda gözdən əlillər üçün inşa edilən binalarda mənzillərin satışı zamanı aldadılan onlarla vətəndaşın da şikayəti daha çox icra başçısından idi.
Rubrika.az xəbər verir ki, icra başçısının bütün fəaliyyəti dönəmində onunla “qoşa addımlayan” 1-ci müavini şahmar İbadovun da adı medyanın sevimli qəhrəmanları siyahısındadır.
Onu da bildirək ki, Şahmar İbadov icra başçısının «qara kassası” funksiyasını yerinə yetirir. Ş.İbadovla «haqq-hesab mexanizmi» haqda da maraqlı məqamlar var. Bu vəzifəsinə qədər Milli Məclisdə sektor müdiri olmuş Şahmar İbadovun çox qısa zaman ərzində Nərimanov rayonu ərazisində milyon manatlarla ölçülən daşınmaz əmlaklarını kimlərin adına sənədləşdirilməsindən tutmuş, hazırda həmin obyektləri kimlərin işlətməsinə dair araşdırmamız davam edəcək. Amma bundan da maraqlısı Şahmar İbadovun daha böyük iddialara düşməsi və bu məqsədlə kimlərlə harada və nə məqsədlə danışıqlar aparması haqda deyilənlərdir. Rubrika.az saytına Şahmar İbadov haqqında olduqca ilginc məlumatlar daxil olub. Onun indi daha çox FETÖ terror təşkilatı kimi tanınan nurçularla olduqca sıcaq münasibətlərə malik olduğu bildirilir. Bu münasibətlərin uzun illərin biznes əməkdaşlığına dayandığı da məlumdur. Həmçinin, bu işbirliyinin indi də davam etdiyi məlumdur..
Rubrika.az saytına daxil olan məlumata görə A. Fərzəliyev-Ş. İbadov ikilisinin “Nərimanov macəralarının” müdhiş gizlinləri artıq lazımi dairələrə çatıb və ciddi rezonans doğurub. Hətta başçının kadrların “yaz təmizləməsindən” özünü qorumaq üçün gərgin çaba sərf etdiyi də bildirilir. Amma, rəhbərlik etdiyi rayona belə ov sahəsi kimi yanaşan başçının bu dəfə şans qazanacağı heç inandırıcı görünmür.
Araşdırmalarımız davam etdirilir.

Nicat Mahmudov
Rubrika.Az


Geri qayıt