Əsas Səhifə > Hadisə > Bizi dözülməz istilər gözləyir - Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”
Bizi dözülməz istilər gözləyir - Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”23-05-2018, 21:27 |
|
Qarşıdakı yay mövsümündə havanın temperaturunun əvvəlki illərdəkindən daha yüksək olacağı, Azərbaycanda anomal istilərin müşahidə ediləcəyi bildirilir. Buna əsas kimi, mayın əvvəlində Rusiyanın mərkəzində may ayı üçün xarakterik olmayan 28-30 dərəcəyədək istilərin müşahidə edilməsi göstərilir Ekologiya və Təbii Sərvtlər Nazirliyinin (ESTN) Hidrometrolji proqnozlar bürosunun direktoru Gülşad Məmmədovanın Modern.az-a verdiyi məlumata görə, hazırda Azərbaycanda müşahidə edilən hava şəraiti may ayına uyğundur: “Əvvəlki illərdə mayda Bakıda və Abşeron yarımadasında 35 dərəcəyədək isti müşahidə edilib. Bu, rekord göstərici idi. Hazırda mayın üçüncü 10 günlüyündəyik, hələ ki, rekord göstəricilər qeydə alınmayıb. Temperatur paytaxtda 28-30, 32-33 dərəcəyədək müşahidə olunub. Ümumiyyətlə, bildiyiniz kimi, yayın ən isti günləri həmişə iyul, avqust aylarına təsadüf edib. Cənub-qərbdən hərəkət edən isti hava kütlələrinin təsiri, eləcə də hava şəraitinin sabitləşməsi, günəş şüalarının düşmə bucağının artması temperaturun yüksəlməsinə şərait yaradır. Əvvəlki illərdə temperatur iyul, avqust aylarında paytaxtda 40-42, bölgələrdə , xüsusilə Naxçıvan Muxtar Respublikasında 46 dərəcəyədək yüksəlib”. Nazirlik rəsmisi bildirib ki, ilkin məlumatalara əsasən, bu il də 46 dərəcəyədək istilərin olacağı proqnozlaşdırılır: “Xüsusilə iyul və avqust aylarında temperaturun yüksək olacağı gözlənilir”. Rekord göstəricilərə gəldikdə, G.Məmmədova bildirib ki, bunu indidən söyləmək mümkün deyil: “Amma temperaturun yüksək olacağını proqnozlaşdırırıq”. Rubrika.az Geri qayıt |