Əsas Səhifə > Aktual > Əli İnsanov ailə üzvlərinin Almaniyaya köçməsi xəbərinə münasibət bildirdi
Əli İnsanov ailə üzvlərinin Almaniyaya köçməsi xəbərinə münasibət bildirdi23-05-2018, 21:43 |
![]() Keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanov vəkili vasitəsi ilə açıqlama yayıb. Əli İnsanov ailə üzvlərinin ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, sabiq nazir ailə üzvlərinin Almaniyaya köçməsi barədə yayılan məlumatların yalan olduğunu deyib. "2005-ci ilin oktyabrında həbsimdən dərhal sonra ailə üzvlərimin ölkədən çıxışına da qadağa qoyulub. Bütün ailə üzvlərim Bakıda yaşayır və ölkəni tərk etmək niyyətləri də yoxdur”, - deyə Ə.İnsanov müractində bildirib. Bildirək ki, Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Yanvarın 16-da isə Ali Məhkəmədə bu məsələyə baxılıb və qərar qüvvədə saxlanılıb. Ə.İnsanov ittihamları qəbul etmir. Rubrika.az Geri qayıt |