Əsas Səhifə > Hadisə > Avropa çempionuna hökm oxundu

Avropa çempionuna hökm oxundu


24-05-2018, 10:56
Avropa çempionuna hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Rubrika.Az-ın virtualaz.org-a istinadən xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Nərimanov rayonunda baş verib. 1983-cü il təvəllüdlü X.Məmmədov qonşusu Niyaməddin Rüstəmovu bıçaqlayıb.

Hadisəyə səbəb maşın saxlamaq üstündə yaranmış mübahisə olub.

X.Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.

Rubrika.Az
Geri qayıt