Əsas Səhifə > Dünya, Hadisə > Raket zavodu partladı: ölən və yaralananlar var - FOTO
Raket zavodu partladı: ölən və yaralananlar var - FOTO24-05-2018, 22:58 |
|
Ankarada silah-sursat zavodunda partlayış baş verib. Rubrika.az-in sözcü.com.tr-yə istinadən məlumatına görə, hadisə bu gün saat 15 radələrində qeydə alınıb. Şəhərin Almadağ qəsəbəsindəki raket və partlayıcı istehsal edən zavodda hələlik məlum olmayan səbəbdən partlayış olub. Nəticədə 1 nəfər dünyasını dəyişib, 3-ünün vəziyyəti ağır olmaqla 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |