Əsas Səhifə > Hadisə > Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ölən var25-05-2018, 10:44 |
![]() Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Rubrika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 1 nəfərin meyitini (şəxsiyyəti məlum deyil) nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb. Rubrika.Az Geri qayıt |