Əsas Səhifə > Dünya > Rusiya Türkiyə pomidorları ilə bağlı sərt danışdı: - Pozuntular var

Rusiya Türkiyə pomidorları ilə bağlı sərt danışdı: - Pozuntular var


25-05-2018, 21:35
Rusiya Türkiyə pomidorları ilə bağlı sərt danışdı: - Pozuntular var

Rusiyanın Baytarlıq Nəzarəti Federal Xidməti Türkiyədən pomidor tədarükçüləri tərəfindən fitosanitar normaların pozulduğunu aşkar edib.

Rubrika.az Trend-e istinaden məlumatına görə, bu barədə Xidmətin bəyanatında deyilir.

Qeyd olunur ki, Rusiya tərəfindən Türkiyə pomidorlarının idxalına qoyulan qadağa aradan qaldırıldıqdan sonra 43 müəssisə tərəfindən tədarük həyata keçirilib. 11 şirkətin məhsulunda Rusiya qanunvericiliyi tələb və normalarının pozuntuları aşkar edilib.

Rusiya Baytarlıq Nəzarəti Federal Xidməti bu məsələ ilə bağlı Türkiyə Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparılmasını zəruri hesab ediir.

Rubrika.az
Geri qayıt