Əsas Səhifə > İstisadiyyat > Azərbaycan içki ixracını iki dəfə azaldıb
Azərbaycan içki ixracını iki dəfə azaldıb26-05-2018, 22:35 |
![]() Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3 739,01 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib. Dövlət Gömrük Komitəsindən (DGK)Rubrika.az "Report"a verilən məlumata istinaden xeber verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 855,12 min dollar və yaxud 50,76% azdır. Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,07%-ni təşkil edib. Bu ilin ilk 4 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 19 286,09 min dollar olub. Bu isə bir il əvvələ nisbətən 2 570,92 min dollar və yaxud 15,38% çoxdur. Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,77%-lik paya malik olub. Rubrika.az Geri qayıt |