Əsas Səhifə > Hadisə > Bir gündə cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb29-05-2018, 10:11 |
![]() Mayın 28-dən 29-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. DİN-in mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb. Rubrika.Az Geri qayıt |