Əsas Səhifə > Dünya > Qazaxıstan Rusiyadan benzinin idxalına qadağa qoymaq niyyətindədir
Qazaxıstan Rusiyadan benzinin idxalına qadağa qoymaq niyyətindədir30-05-2018, 08:11 |
|
Qazaxıstan elektron hökumət portalında energetika naziri Kanat Bozumbayevin dəmiryolu nəqliyyatı vasitəsilə Rusiyadan ölkəyə benzinin idxalına qadağa qoyulması haqqında əmr dərc edilib. Rubrika.az-in “Sputnik Qazaxıstan”a istinadən verdiyi xəbərə görə, qərar iyunun 6-dək ictimai müzakirəyə çıxarılıb. Qadağanın 3 ay müddətinə tətbiq edilməsi təklif olunur. Əmr rəsmi dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək. Kanat Bozumbayev apreldə Qazaxıstanda yanacağın bolluğu səbəbindən benzinin ucuzlaşa biləcəyi barədə açıqlama vermişdi. Rubrika.AZ Geri qayıt |