Əsas Səhifə > Hadisə > AST Telman 6 aydır işçilərinin maaşını vermir - Aksiya keçirdilər
AST Telman 6 aydır işçilərinin maaşını vermir - Aksiya keçirdilər30-05-2018, 16:53 |
![]() Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində tikdirdiyi “Mardan Palace Hotel”i qarşısında bu gün etiraz aksiyası keçirilib. Rubrika.Az-ın “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər. Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir. Qeyd edək ki, borc səbəbindən müsadirə olunan və “Xalq Bankı”na satılan otelin minə yaxın personalı ötən ilin dekabrın 19-da işdən uzaqlaşdırılıb. Rubrika.Az Geri qayıt |