Əsas Səhifə > Hadisə > Türkiyə höküməti “Lotu Quli” kimi tanınan Nadir Səlifovu ölkədən çıxararaq onu arzuolunmaz şəxs elan etdi – ŞOK VİDEO
Türkiyə höküməti “Lotu Quli” kimi tanınan Nadir Səlifovu ölkədən çıxararaq onu arzuolunmaz şəxs elan etdi – ŞOK VİDEO30-05-2018, 21:05 |
|
Azadlığa çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçən “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov burada çox qala bilmədi. Rubrika.az Yenicag.az-a istinaden xəbər verir ki, onun fəaliyyətindən narahat olan Türkiyə höküməti Səlifovu ölkədən çıxararaq onu arzuolunmaz şəxs elan edib. İstanbuldan Dubaya yollanan “Lotu Quli”nin hazırda Rusiyanın Sankt-Peterbuq şəhərində olduğu ehtimal edilir. Lakin burada Səlifovun işləri qaydasında getməyə bilər. Məsələ burasındadır ki, 2016-cı ildə İstanbulda qətlə yetirilən digər azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin klanına daxil olan Hacı Beyləqanski də məhz sözügedən şəhərdədir. Bu səbəbdən onların tezliklə qarşı-qarşı gələcəyi istisna deyil. Bu arada Yenicag.az “Lotu Quli”nin Türkiyədən çıxarıldıqdan sonra çəkilmiş videosunu əldə edib. Videodan göründüyü qədəri ilə Səlifov məkanların birində öz yaxınları ilə bir masa ətrafında yığışıb. [media=https://yenicag.az/videos/lotu-qulinin-yeri-bilindi-bu-da-en-son-videosu/] Rubrika.az Geri qayıt |