Əsas Səhifə > Müsahibə > Yeni nazir 20-yə yaxın yüksək vəzifəli məmuru işdən çıxardı - TAM SİYAHI
Yeni nazir 20-yə yaxın yüksək vəzifəli məmuru işdən çıxardı - TAM SİYAHI2-06-2018, 11:55 |
![]() Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev son 2 həftə ərzində kütləvi şəkildə kadr islahatı həyata keçirib. Rubrika.Az unikal.org-a istinadla bildirir ki. DSMF-nin direktor müavini Xıdırov Sərdar Xasay oğlu vəzifəsindən azad edilib. Onun yerinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin qardaşı Cavid Abdullayev (Qaradağ DSMF-nin keçmiş müdiri) gətirilib. Digər vəzifələrindən azad olunan şəxslər isə aşağıdakılardır: Sosial ödənişlər şöbəsinin müdiri Şahin Quliyev Abşeron DSMF-nin müdiri Coşqun Qasımov Quba DSMF-nin müdiri Sabir Hacıyev Qaradağ Məşğulluq Mərkəzinin müdiri Tahir Hüseynov Binəqədi Məşğulluq Mərkəzinin müdiri Bağırov Güləhməd Laçın Məşğulluq Mərkəzinin müdiri Bəndəliyev Balay İsmayıllı Məşğulluq Mərkəzinin müdiri Həsənov Həsən Qax Məşğulluq Mərkəzinin müdiri Haçıyev Laçın Yasamal Məşğulluq Mərkəzinin müdiri Elxan Rəhimov Samux Məşğulluq Mərkəzinin müdiri Yaşar Ələkbərov Dövlət Məşğulluq Xidmətinin Maliyyə və mühasibatlıq şöbəsinin müdiri Məhəmməd Əliyev Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyev Aparatın Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Əmrah Cəfərov (dövlət qulluğunda fəaliyyətinə xitam verilib, tutduğu vəzifədən çıxarılıb və nazirliyin jurnalında redaktor müavini vəzifəsinə keçirilib) Hacıqabul DSMF-nin müdiri Həsənov Xalisin isə Yasamal DSMF-yə müdir gətirildiyi bildirilir. Qeyd edək ki, bundan əvvəl yeni nazir ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırıb. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb. Rubrika.Az Geri qayıt |