Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanı Qətərə qarşı hərbi əməliyyatlara başlaya bilər

Səudiyyə Ərəbistanı Qətərə qarşı hərbi əməliyyatlara başlaya bilər


2-06-2018, 19:45
Səudiyyə Ərəbistanı Qətərə qarşı hərbi əməliyyatlara başlaya bilər

Qətər Rusiyadan "S-400" zenit-raket kompleksləri alacağı təqdirdə, Səudiyyə Ərəbistanı Dohaya qarşı hərbi əməliyyatlara başlaya bilər.

Rubrika.az "Le Monde"yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı rəhbərliyi Fransa prezidenti Emmanuel Makrona məktub göndərib.

Sənəddə Ər-Riyadın Rusiya ilə Qətər arasındakı danışıqlardan narahatlığı ifadə edilir. Qeyd edilib ki, "S-400"ün quraşdırılması Səudiyyə Ərəbistanının hava məkanının təhlükəsizliyini pozacaq və bölgədə gərginliyin artmasına gətirib çıxaracaq.

Rubrika.az
Geri qayıt