Əsas Səhifə > banner, Manşet > Nazir Muxtar Babayev üçün Ulu öndərin ideyalarının gerçəkləşməsi bir həyat amalıdır
Nazir Muxtar Babayev üçün Ulu öndərin ideyalarının gerçəkləşməsi bir həyat amalıdır4-06-2018, 11:15 |
![]() Atalar: “ Meşədə hər türlü canlıya rast gəlinir...” Ulu öndər Heydər Əliyevin zəngin maddi sərvətlərimizə – yaşıllığa, meşələrə, dağlara, çaylara, bulaqlara, bir sözlə, təbiətə münasibəti onun azərbaycançılıq ideyasının tərkib hissəsi idi. Bu münasibətlərdə Azərbaycana nəhayətsiz sevgidən, ana Vətənə məhəbbətdən doğan heyrətamiz bir cazibə qüvvəsi vardı. Dünyanın tanınmış siyasətçisi, xalqın əbədi lideri, ulu öndərin təbiət sevgisində də dövləti idarə etmək səriştəsi, Azərbaycanı dünyaya tanıtmaq missiyası möhkəm və dönməz idi. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir. Təbiətə yönəlik hər hansı qəsd ulu öndəri çox hiddətləndirərdi: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...” Ulu öndərimizin müdrik siyasətini uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni şəraitə uyğun milli proqramlar hazırlanır. Əlbəttə, Prezident İlham Əliyevin imzası ilə həyata keçirilən bu proqramlar təbiətimizin daha da zənginləşməsindən, təbii sərvətlərimizin etibarlı və effektli mühafizəsindən xəbər verir. Dövlət başçısının müəyyənləşdirdiyi ekoloji siyasətin uğurla həyata eçirilməsində misilsiz əmək sərf edən, yorulmadan qəbul edilən layihələrin gerçəkləşdirilməsinə çalışan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev üçün Ulu öndərin ideyalarının gerçəkləşdirilməsi naminəçalışmaq bir həyat amalı, müqəddəs bir ideyadır. Cənab Prezidentin yüksək etimad göstərərək onu yüksək vəzifəyə təyin etməsindən qısa zaman keçməsinə baxmayaraq artıq çox böyük işlərin görüldüyünü əminliklə söyləmək olar. Muxtar müəllim qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetiriləcəyinə əmindir, çünki bunun üçün iradə, qətiyyət, eləcə də çevik işləyən komanda mövcuddur. Azərbaycanın ümumi meşə ərazisi 1 milyon 213 min hektardır, onun 1021 hektarı meşə ilə örtülü ərazilərdir. Meşələr respublika ərazisində qeyri-bərabər paylanıb və daha çox Böyük Qafqazın dağ yamaclarında geniş yayılıb – 39 faiz. Respublikamız azmeşəli ölkələr sırasındadır və meşələrimiz birinci qrupa aiddir. Buna görə də mövcud meşələrin qorunub saxlanılması və yeni meşə massivlərinin salınması istiqamətində tədbirlər görülür. Bu böyük işlərdə ETSN-in Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Söhrab Abbasovun rolu və əməyi əvəzsizdir. Söhrab müəllim Azərbaycan təbiətinin vurğunudur, onun qorunmasını təkcə vəzifə səlahiyyətləri üçün deyil, həm də bir vətəndaş olaraq yerinə yetirir. Söhrab müəllim hər zaman ölkəmizin meşə ehtiyatlarının qorunması, yeni meşə zolaqlarının salınması istiqamətində əməli işlər görüb. O hər bir ağacın qorunması üçün əmək sərf edir, zəngin təbii ehtiyatlarımızın gələcək nəsillərə çatdırılmasının qayğısına qalır. Azərbaycan meşə yanğınlarından az əziyyət çəkən ölkələr sırasındadır. Çünki təhlükəli yanğınlar daha çox iynəyarpaqlı meşələrdə baş verir. Azərbaycanda isə enliyarpaqlı meşələr daha çox yayılıb. Yanğınların baş verməsində ən başlıca amil antropogen faktordur. Təbii amillər az hallarda meşə yanğınlarına səbəb olur. Belə ki, meşə yanğınları turistlərin, ovçuların və köçəri maldarlıqla məşğul olan sakinlərin məsuliyyətsizliyi ucbatından baş verir. Dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən, zəmilərin taxıl biçinindən sonra yandırılması da meşə yanğınlarına səbəb olur. Amma Söhrab müəllimin rəhbərlik etdiyi qurum var qüvvəsi ilə baş verən bütün təhlükələrin aradan qaldırılmasına çalışır.Məhz onun gərgin əməyi nəticəsində meşə yanğınlarının qarşısının alınması üçün hər il 650 hektar ərazidə minerallaşmış zolaqlar salınıb, əvvəlki illərdən qalan 700 hektara yaxın mineral zolaqların isə bərpa edilib. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın zəngin meşə ehtiyatlarının qorunması üçün dövlət başçısının müəyyən etdiyi strategiya uğurla həyata keçirilir. Qiymətli ağac növlərinin qorunması üçün bütün lazımi tədbirlər həyata keçirilir, hər bir ağacın qorunması prioritet hesab edilir. Bütün bunlar isə Söhrab müəllimin təkcə vəzifə səlahiyyətlərindən irəli gəlmir, bu həm də onun Azərbaycan təbiətinə, torpağına olan sonsuz sevgisinin təzahürüdür. Ulu öndərin “hər bir ağacı qorumaq lazımdır” tövsiyyəsi onun üçün iş prinsipidir. Heydər Əliyev ideyalarına sədaqət, onun siyasi varisi İlham Əliyevin tapşırıqlarını layiqincə yerinə yetirmək Söhrab müəllimin ən başlıca vəzifə borcudur. Lakin, təəssüflər olsun ki, uğurları gözü götürməyən, ağa qara deməkdən yorulmayan bəzi “mirzə”lər Söhrab müəllimin də fəaliyyətini təftiş etməkdən çəkinmirlər. Özlərini “qəzetlər padşahı Rza bəy” hesab edən, guya hər bir ağacın qayğısına qalan belə əhli qələmlərin atdığı çamur, yazdığı böhtan hər kəsdə ironiya doğurur. Son zamanlar bəzi medya orqanlarında İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Elnur Abdullayevin jurnalistlərə qarşı guya kobud rəftarından, onları təhqir etməsindən bəhs edən materiallar yayımlanır. Məsələyə aydınlıq gətirmək üçün Elnur müəllimlə əlaqə saxladıq. O bildirdi ki, bütün deyilənlər cəfəngiyyatdan başqa bir şey deyildir. Onların fəaliyyəti hər zaman medyaya açıq olub, jurnalistlərə lazım olan informasiyanın verilməsi təmin edilib. Bu gün cənab nazir Muxtar Babayevin əsas tələbi görülən işlərin tam şəffaf olmasıdır. Hər bir nazirlik əməkdaşı da qarşıya qoyulan böyük vəzifələrin yerinə yetirilməsi üçün daha səylə çalışır. Ağa qara deməkdən yorulmayan bəzi medya mənsublarına isə demək istəyirik ki, şər, böhtan danışmaq hələ heç kəsə baş ucalığı gətirməyib. Çünki kimin əməli işlə, kim də şər-böhtanla məşğul olduğunu hamı yaxşı görür. Neyləmək olar, atalar deyib ki, meşədə hər türlü canlıya rast gəlinir... Nicat Mahmudov Rubrika.Az Geri qayıt |