Əsas Səhifə > Hadisə > İlham Əliyev Ukraynaya səfər edəcək

İlham Əliyev Ukraynaya səfər edəcək


4-06-2018, 17:30
İlham Əliyev Ukraynaya səfər edəcək

Yaxın vaxtlarda prezident İlham Əliyev Ukraynaya rəsmi səfərə gedəcək.

Bu barədə diplomatik mənbədən məlumat daxil olub.

Məlumata görə, səfər çərçivəsində prezident İlham Əliyev ukraynalı həmkarı və digər rəsmi şəxslərlə görüşəcək.
Həmçinin, prezident İlham Əliyev Kiyevin mərkəzində inşa olunan Azərbaycan Ticarət Evinin və Nizami Gəncəvi adına parkın açılış mərasimlərində iştirakı gözlənilir.

Qeyd edək ki, səfərin bu ilin sonunadək reallaşması gözlənilir.

Rubrika.Az
Geri qayıt