Əsas Səhifə > Hadisə > NATO-nun baş katibi: "İsrail İranla münaqişəyə başlasa, Alyans ona kömək etməyəcək"

NATO-nun baş katibi: "İsrail İranla münaqişəyə başlasa, Alyans ona kömək etməyəcək"


4-06-2018, 18:11
NATO-nun baş katibi: "İsrail İranla münaqişəyə başlasa, Alyans ona kömək etməyəcək"

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsrail İranla münaqişəyə başlayarsa, Alyans ona kömək etməyəcək

Bu barədə “Der Spiegel” məlumat yayıb.

Baş katibin sözlərinə görə, İsrail NATO-nun tərəfdaşı olsa da ona üzv deyil, buna görə də Alyans ölkənin tam təhlükəsizliyinə təminat verə bilməz.

O həmçinin vurğulayıb ki, Alyans Yaxın Şərqdəki nizamasalma prosesində iştirak etmir: "Bu bizim işimiz deyil ".

Yens Stoltenberq onu da əlavə edib ki, NATO-ya üzv ölkələr arasında nüvə müqaviləsi ilə əlaqədar İranla fikir ayrılığı var.

Rubrika.Az
Geri qayıt