Əsas Səhifə > Gündəm > Qarabağda ara qarışdı: xunta rejimi devrilir, generallar istefaya getdi - Təfsilat

Qarabağda ara qarışdı: xunta rejimi devrilir, generallar istefaya getdi - Təfsilat


6-06-2018, 23:43
Qarabağda ara qarışdı: xunta rejimi devrilir, generallar istefaya getdi - Təfsilat

Dağlıq Qarabağda hakimiyyəti zəbt edənlər Serj Sərkisyanın və Robert Köçəryanın adamlarıdır

Rubrika.az xeber verir ki, FİA.Az-ın Siyasət Şöbəsi yazır ki, Paşinyanın onlara hansısa bir isti münasibəti ola bilməz.

Faktiki olaraq, Paşinyan orda etirazçıları dəstəklədi. Paşinyan öz müraciətində qeyd etdi ki, siz tələblərinizdə haqlısınız.

Artıq sizin tələblərinizi yerli hakimiyyət qəbul edib və indi məsuliyyət yerli hakimiyyətin çiynindədir.

Aksiyaları müvəqqəti dayandırmaq çağırışı ilə o, bütün məsuliyyəti oradakı xuntanın başında olan adamların üzərinə qoydu.

Əgər indi onlar xalqın tələblərini yerinə yetirməsə, xalq yenidən küçəyə çıxa bilər. Vaxtı ilə biz o torpaqları Azərbaycanın daxilində sabitliyin olmamasına görə itirdik.

Həmin vaxtlarda Azərbaycanda ildə bir dəfə hakimiyyət dəyişirdi. Belə bir şəraitdə nə güclü ordu yaratmaq, nə cəbhədə erməni təcavüzünə layiqli cavab vermək mümkün idi.

Ermənilər Azərbaycanda yaranmış bu vəziyyətdən sui-istifadə edib, rusların köməyi ilə o torpaqları zəbt etdilər.

İndi isə bütün hadisələr əks istiqamətdə inkişaf edir və bumeranq kimi ermənilərin özlərinə qayıdıb. Hazırda Ermənistanda həmin proseslər başlayıb.

Ona görə ki, torpaqlar zəbt olunandan sonra orada qurulan rejimlər hamısı cinayətkar, hərbi xuntadır.

Bu sistemlər nə beynəlxalq hüquq normalarına, nə də insanların istəklərinə uyğundur. İndi Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsinə hər zaman hazır olmalıdır.

FİA.Az-ın Siyasət Şöbəsi yazır ki, Qarabağ separatçılarının “dövlət naziri” Araik Arutyunyan istefaya gedib.

Bu barədə informasiyanı separatçıların əldəqayırma “nazirlər kabineti” yayıb. Arutyunyan istefasının səbəblərini açıqlayacaq.

Arutyunyan 2007-2017-ci illərdə qondarma rejimin “baş naziri” olub. O, Bako Saakyandan sonra Qarabağ separatçılarının 2-ci şəxsi hesab edilib.

Qarabağ separatçılarının “polis rəisi”, “general” Kamo Ağacanyan da istefaya gedib. Ağacanyan istefasına səbəb kimi Qarabağda daxili və xarici təhlükəsizliyin və stabilliyin təmin olunmasını göstərib.

O, artıq istefa ərizəsini separatçıların lideri Saakyana verdiyini bildirib. Qarabağ separatçılarının “milli təhlükəsizlik xidməti”nin rəhbəri Arşavir Qaramyan da istefaya gedib. Bu barədə informasiyanı Sputnik agentliyi yayıb.

Ermənistanın hazırkı hakimiyyətinin tamamilə Qərb dairəsinə keçməsi və bundan bölgədə plasdarm kimi Rusiya, İran, Türkiyə və Azərbaycanın əleyhinə istifadə imkanları əlbəttə ki, mövcuddur.

Əgər Ermənistan Qərb kursunu seçərsə, bu, erməni elitasının növbəti dəfə gülləbaran edilməsinə yol aça və İrəvanın Qarabağı itirməsi ilə nəticələnə bilər:

Yəni Qərb kursunda Qarabağdakı hakimiyyəti və yaxud da işğal reallığını qoruyub saxlamaq mümkün deyil.

Rusiya qəti şəkildə 90-cı ildə öz əlləri ilə təslim etdiyi əraziləri ermənilərin özləri ilə götürüb Qərbin koalisiyasında yer almasına və bu regiondan Moskvanın bütünlüyünü və o cümlədən Şimali Qafqaz ərazilərini təhdid etmələrinə imkan verməyəcək.

Kim buna dözər?! Yəqin ki, realistcəsinə bu prosesləri təhlil edənlər Qarabağdakı durumun Kremlin iradəsi altında olduğunu, onun istəyindən kənarda bu sistemin çökəcəyini bilirlər.

Rubrika.az
Geri qayıt