Əsas Səhifə > Təhsil > Nazirlik: Müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var
Nazirlik: Müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var7-06-2018, 14:12 |
![]() "Müəllimlərin 90 faizdən çoxu diaqnostik qiymətləndirməyə cəlb olunub. Hazırda diaqnostik qiymətləndirməyə hər hansı səbəbdən bu prosesdə iştirak edə bilməyənlər qatılır". Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmənin nəticələri göstərir ki, müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var: "Müəllimlər 3-5 ildən bir diaqnostik qiymətləndirmədən keçməlidir. Diaqnostik qiymətləndirmə böyük ehtimalla müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq". E. Əmrullayev qeyd edib ki, müəllimlərin sertifikasiyası ilə bağlı qaydalar hazırlanacaq: "Bunun üçün isə ilk olaraq bu məsələ qanunvericiliyə daxil edilməlidir". Rubrika.Az Geri qayıt |