Əsas Səhifə > Siyasət > Ermənistanın müdafiə naziri NATO rəhbərliyi ilə məsləhətləşmələrdə
Ermənistanın müdafiə naziri NATO rəhbərliyi ilə məsləhətləşmələrdə9-06-2018, 18:57 |
![]() Ermənistanın müdafiə naziri David Tonoyan iyunun 8-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın rəhbərliyi və digər ölkələrin vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib. Rubrika.az Virtualaz.org -a istinaden xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, öncə Tonoyan Yunanstanın milli müdafiə naziri Panayotis Kammenosla görüşüb. Tərəflər ölkələr arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Daha sonra Ermənistanın müdafiə naziri “Resolute Support” (“Qəti dəstək”) missiyasına daxil olan ölkələrin müdafiə nazirlərinin görüşündə iştirak edib. Bundan vaşqa, Tonoyan NATO-nun baş katibinin müavini Rouz Getemüller və Avropa Xarici Kəşfiyyat Xidmətinin baş katibinin müavini Pedro Serrano ilə görüşüb. Rubrika.az Geri qayıt |