Əsas Səhifə > Media > Məşhur şirkətdən qəribə qadağa: "Whatsapp"dan istifadə olmaz
Məşhur şirkətdən qəribə qadağa: "Whatsapp"dan istifadə olmaz9-06-2018, 19:35 |
|
Dünyanın ən məşhur təkər istehsalçılarından olan "Continental" qəribə bir qadağa ilə gündəmə gəlib. Rubrika.az Qaynarinfo-ya istinaden xəbər verir ki, şirkət işçilərinə məxsus 36 min ağıllı telefonda "Whatsapp” və "Snapchat” istifadəsinin qadağan olunduğunu açıqlayıb. Şirkətin bu addımının arxasında gizlilik siyasəti dayanır. "Continental"ın icraçı direktoru Elmar Degenhart informasiya mühafizəsinin məsuliyyətini işçilərin öhdəsinə buraxa bilməyəcəklərini söyləyərək şirkətə məxsus telefonlarda bu proqramların qadağa olunduğunu bildirib. Şirkət hesab edir ki, "Whatsapp” məxfi xidmətlərin informasiyalarını qorumaqla bağlı problem yaşayır. Buna görə də "Whatsapp” özünü sübut edənə qədər şirkətin heç bir işçisi sözügedən proqramlardan istifadə edə bilməz. Rubrika.az Geri qayıt |