Əsas Səhifə > Gündəm > Bir-biri ilə savaşan deputat və yazarı bir araya gətirdilər, üz-üzə danışdılar - FOTO
Bir-biri ilə savaşan deputat və yazarı bir araya gətirdilər, üz-üzə danışdılar - FOTO11-06-2018, 18:08 |
![]() Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyninin təşəbbüsü, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Ümud Mirzəyevin iştirakı ilə Milli Məclisin deputatı Fazil Mustafa ilə araşdırmaçı jurnalist Rəsul Mirhəşimli son baş verənləri müzakirə ediblər. Rubrika.az Musavat.com-a istinaden xəbər verir ki, R.Mirhəşimli bununla bağlı sosial şəbəkədəki statusunda xəbər verib. R.Mirhəşimli olayın detalları ilə bağlı aşağıdakıları qeyd edib: “Hər şeydən əvvəl onu qeyd edim ki, qalmaqalın münaqişə səviyyəsinə çıxmasına, problemin məhkəmədə deyil, qarşılıqlı dialoq yolu ilə çözümünə çalışdıqları üçün hörmətli Umud müəllimə ağsaqqal mövqeyinə, Rauf bəyə nəcib təşəbbüsünə görə təşəkkürümü bildirirəm. İki saatdan artıq davam edən görüşdə hər kəs öz arqumentlərini gətirdi. Müzakirələrin detalları ilə bağlı ətraflı məlumat verməyi lazım bilmədim. Müzakirələrin nəticəsi olaraq konstruktiv mövqeyə gələ bildik. Mən hesab edirəm ki, Fazil Mustafa məlum statusunda məni aşağılayan, ittiham edən ifadələr işlədib. Fazil Mustafa da hesab edir ki, mən axar.az saytına verdiyim açıqlamada çox sərt şəkildə onu ittiham etmişəm. Həmin görüşdə də bu fikri ifadə elədim, ola bilsin, mənim həmin açıqlamada dediklərim düzgün anlaşılmayıb. Bu dünyada qorxduğum ən böyük günahlardan biri kiminsə qəlbinə toxunmaqdır. Ariflərin dediyi kimi, kiminsə qəlbini qırma, bəlkə qırdığın qəlbdə Allah var?” R.Mirhəşimli yazıb ki, F.Mustafa yazdığı məlum statusunu səhifəsindən siləcəyini və barəsində işlətdiyi ifadələrə görə üzr istəyəcəyini deyib: “Kimdənsə üzr istəmək insanı hansısa mərtəbədən düşürməz. Ola bilsin ki, mənim sərt ifadə etdiyim sözlər də Fazil Mustafanı incidib, onun qəlbinə dəyib. Həmin görüşdə də bunu ifadə elədim, burdan da bəyan edirəm. Əgər dediklərim Fazil Mustafanın qəlbinə toxunub, onu incidibsə, mən də üzr istəyirəm. Bütün hallarda qəlbinə toxunduğun insanın haqqı üzərində qalır. Bu dünyandan qul haqqı ilə köçüb, Allahın hüzuruna da bu haqla çıxmadansa, üzrxahlıq edib, vicdanınını rahatlatmaq daha yaxşıdır. Bir sözlə, bir neçə gün davam edən problem nəhayət, həll olundu. Bu məsələdə mənə dəstək olan, Milli-Azadlıq Hərəkatından keçmiş iki tanınmış insanın arasında yaranmış problemin xoşluqla həll olunmasını istəyən hər kəsə təşəkkür edirəm!” Xartırladaq ki, ötən həftə millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videonu paylaşaraq tənqid edib. O, Azərbaycanda İslama bu cür yanaşmanın Quranda yazılanlarla heç bir əlaqəsinin olmadığını söyləyib. İlahiyyatçı Rəsul Mirhəşimli isə saytımıza açıqlamasında belə davranışın millət vəkilinə yaraşmadığını, videoda ağlayan şəxslərə qarşı münasibətinin doğru olmadığını deyib. Bundan sonra Fazil Mustafa sərt açıqlama yayaraq, Rəsul Mirhəşimlini cahil, gerizəkalı adlandırıb. Rubrika.az Geri qayıt |