Əsas Səhifə > Din > Bayram namazının vaxtı açıqlandı
Bayram namazının vaxtı açıqlandı11-06-2018, 22:36 |
|
Azərbaycanda bayram namazının vaxtı açıqlanıb. Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 15-i, saat 09:00-da ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazını saat 09:00-da “Təzə Pir” məscidində qılacaq. Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır. Rubrika.az Geri qayıt |