Əsas Səhifə > Dünya > Əsrin görüşü baş tutdu — Tərəflər yekun sənəd imzaladı

Əsrin görüşü baş tutdu — Tərəflər yekun sənəd imzaladı


12-06-2018, 11:43
Əsrin görüşü baş tutdu — Tərəflər yekun sənəd imzaladı

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasında Sinqapurda keçirilən görüş başa çatdı.

Rubrika.Az “Ölkə.Az”a istinadla xəbər verir ki, sammit başa çatdıqdan sonra tərəflər yekun sənəd imzalayıblar.

Sammit Sentosa adasındakı “Kapella” otelində baş tutub. Adanı Sinqapurdan körpü ayırır.

Masanın üzərinə sənəd imzalamaq üçün Tramp və Kim Çen üçün qələmlər qoyulub. Tədbir başlamadan əvvəl Kim Çen İnin adamları qələmi ağ əlcəyə sürtərək yoxlayıb.
İmzalama masasında ABŞ və Şimali Koreyanın bayraqları qoyulub. Kim Çen İn imzalanan sənədi tarixi sənəd adlandırıb. Onun sözlərinə əsasən, sənədin imzalanması yeni startdan xəbər verir: “Biz böyük dəyişikliklər görəcəyik”.

Tramp isə bəyan edib ki, sammitin nəticəsi ilə fəxr edir: “Düşünürəm ki, artıq Şimali Koreya ilə münasibətlərimiz tamam başqa məcraya yönəldi”.

Rubrika.Az
Geri qayıt