Əsas Səhifə > Hadisə > Bakıda qaçırılmış avtomobildən silah-sursat tapılıb
Bakıda qaçırılmış avtomobildən silah-sursat tapılıb12-06-2018, 16:38 |
![]() Bakıda qaçırılmış avtomobildən silah-sursat tapılıb. Rubrika.Az musavat.com-a istinaden Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyunun 11-də Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Rubrika.Az Geri qayıt |