Əsas Səhifə > İdman > Mahmud Qurbanov “Neftçi”də

Mahmud Qurbanov “Neftçi”də


12-06-2018, 16:53
Mahmud Qurbanov “Neftçi”də

“Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyinatı olub.

Rubrika.Az Yenicag.az-a istinadla xəbər verir ki, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

1996-1997, 2004-2005-ci illərdə “Neftçi”də çıxış edən Qurbanov “Kəpəz”, “Şəmkir”, “Fulad” (İran), “Tavriya” (Ukrayna), “Xəzər Lənkəran”, “İnter” və “Bakı” klublarında da oynayıb. “Professor” ləqəbli futbolçu rekord sayda – 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Azərbaycan milli komandasının heyətində 76 oyunda meydana çıxıb, 1 qol vurub.

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra “Kəpəz”in baş məşqçisi, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifələrində çalışıb. UEFA-nın A kateqoriyalı məşqçisidir.

Rubrika.Az
Geri qayıt