Əsas Səhifə > Tənqid > Nərimanovun şefi ilə deputatı əlil ailəni küçələrdə qoyub - Ağır ittihamlar

Nərimanovun şefi ilə deputatı əlil ailəni küçələrdə qoyub - Ağır ittihamlar


12-06-2018, 19:41
Nərimanovun şefi ilə deputatı əlil ailəni küçələrdə qoyub - Ağır ittihamlar

Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb

Bu korrupsiya faktında Nərimanov icra başçısı Abidin Fərzəliyevlə müavini Şahmar İbadovun adı keçir.

Rubrika.az FİA.Az-a istinaden xəbər verir ki, uzun zamandır davam edən bu qalmaqalda ittiham olunan tərəflər susurlar.

II qrup əlil Rəşad Səlimlinin anası Yeganə Səlimova dəfələrlə ölkə rəhbərliyinə müraciət etməsinə baxmayaraq, A.Fərzəliyevin gözədən əlillərin mənzil fırıldağı araşdırılmır.

Y.Səlimovanın övladı növbədə olsa da, ona mənzil verilməyib. Nəticədə satılan mənzillər Nərimanov icra başçısını varlandırıb.

Növbəti müraciətində də şikayətçi A.Fərzəliyevi ifşa edib. Onun sözlərinə görə, bu günlərdə icra başçısı rayonda görüş keçirib:

“Guya sakinlərin dərd-səri ilə maraqlanıb. Amma bizi görüşə çağırmayıblar. Dəfələrlə Şahmar İbadovun qəbuluna getmişəm. İndi niyə görüşə dəvət etməyiblər?

Mənə bu rayonda 2 otaqlı ev yoxdur? Əlil uşağım ayda 55 manat pensiya alır, o da bir günə xərclənir. Artıq əlillər cəmiyyətində növbələşməni də pozublar. Növbədə olanları siyahıdan çıxarırlar.

Bizi vecinə alan yoxdur. Bəs bu məmurlar vəzifəyə təyin olunanda kimə xidmət etməlidirlər?”

Y.Səlimova qeyd edib ki, rayonun deputatı Adil Əliyevə məktublar yazıb: “Deyib ki, Allah könəyiniz olsun. Bəs necə deputatsan? Sən seçicilə maraqlanmırsan ki, bu əlil uşağın problemi nədir?

Bizim bu rayonda iki otaqlı bir evə haqqımız yoxdur? Niyə prokurorluq mənzillərin satılmasını araşdırmır? Adil Əliyevnə üçün məsələni Milli Məclisdə qaldırmır?”

FİA.Az xəbər verir ki, A.Fərzəliyev də, A.Əliyev də vətəndaşların problemlərinə biganə yanaşırlar. İcra başçısı və deputat bir ailənin mənzil problemini həll etmir ki, məsələ bitsin.

Məmurların bu laqeydliyi ucbatından intiharlar baş qaldırır, insanlar özünü yandırırlar. A.Fərzəliyevlə A.Əliyev üçün Səlimovlar ailəsinin mənzil problemini həll etmək adi işdir.

Amma heç bir tədbir görmürlər və prezidentə qarşı qaldırırlar. Əlilə qarşı belə ögey münasibət heç bir halda anlaşılan deyil. Bu işin mənəvi tərəfi də var.

Həmin binanın aşağı 4 mərtəbəsi gözdən əlillər üçün, qalan 8 mərtəbəsinin isə müəyyən güzəştlərlə Nərimanov rayonunun ərazisindəki yataqxanada qeydiyyatda olan və sosial vəziyyətləri çətin olan ailələr üçün nəzərdə tutulub.

Bu bina barəsində deyilənləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2015-ci ilin payızında televiziyada səslənən müsahibələrinin birində “Bu evlərin bir qismi gözdən əlillərə, qalan hissəsi isə Cənab Prezidentin göstərişi ilə başqa adamlara veriləcəkdir” deməklə bir daha dolayısı da olsa təsdiqləmiş olub.

Bunlarla yanaşı, güzəştli mənzil almaq istəyənlər üçün korrupsionerlər tərəfindən aşağıdakı təklif və tələblər müəyyənləşdirilib:

• mənzillər tam təmirli və yaşamaq üçün zəruri mebellərlə təmin olunmaqla təklif
olunurdu;
• bazarla müqayisədə mənzillər ucuz qiymətlərə, yəni bina tikintisinin ilkin
dövrlərində bir, iki və üç otaqlı mənzillər müvafiq olaraq 20 - 50 min manat
məbləğləri arasında, binanın istismara verilməsi yaxınlaşdıqca isə 70 - 100 min
manat məbləğində təklif olunurdu;
• mənzilləri almaq istəyənlərə mənzillərin orderləri 2014-cü ilin fevral ayının 3-10-u
arasında, bu müddət keçdikdən sonra isə dəfələrlə qısa müddətdə (yəni uzağı bir ay
müddətində) təqdim olunmasına vəd verilirdi;
• təklif olunan məbləğin müvafiq olaraq beş - on min manat məbləği mənzil almaq
istəyənlər tərəfindən Məzahir Nəsibova əvvəlcədən beh kimi verilməli, qalan məbləğ
isə mənzil almaq istəyənin onlar tərəfindən müəyyənləşdirilmiş ünvanda qeydiyyata
alındıqdan (bu halda şəxsiyyət vəsiqəsi də dəyişdirilirdi) və mənzil növbəsinə
götürülməsi barədə Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin sərəncamının
surəti təqdim edildikdən sonra verilməsi tələb olunurdu.
• mənzil sahibi olmaq istəyən şəxslərin adına mənzil olmamalı;
• qeydiyyatda olduğu ünvandan çıxarılmasına və Nərimanov RİH-in başçısı Abdin
Fərzəliyevin müəyyənləşdirdiyi ünvanda qeydiyyata alınmasına razı olmalı;
• bizlərdən alınan pulun sənədi mənzilin sənədi ilə birlikdə verilməli idi.

Rubrika.az
Geri qayıt