Əsas Səhifə > Təhsil > Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq edən tərbiyəçi tutulub - RƏSMİ
Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq edən tərbiyəçi tutulub - RƏSMİ13-06-2018, 11:22 |
![]() Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər yayılıb. Rubrika.Az Geri qayıt |