Əsas Səhifə > Hadisə > Gürcüstanda azərbaycanlı mer saxlanıldı
Gürcüstanda azərbaycanlı mer saxlanıldı13-06-2018, 12:00 |
|
Gürcüstanın Marneuli şəhərinin meri Temur Abazov saxlanılıb. Rubrika.Az “Ölkə.Az”a istinadla xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb. Prokurorluqdan verilən məlumata görə, merin saxlanılmasına səbəb onun Marneuli sakinləri ilə qeyri-etik davranışlarıdır. Hazırda prokurorluq araşdırmalara başlayıb. Bir müddət əvvəl Tiflisdə keçirilən aksiyada Bidzin İvanişvili və Marneuli merini təhqir edən şəxsin videosu yayılmışdı. Sonradan isə onun təhqir edildiyi video çarx da yayılmışdı. Rubrika.Az Geri qayıt |