Əsas Səhifə > Hadisə > “Son zəng” günündə şagirdlər arasında qanlı dava
“Son zəng” günündə şagirdlər arasında qanlı dava14-06-2018, 14:10 |
|
Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb. Rubrika.Az-ın Report-a istinadən məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib. Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən saxlanılıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb. Rubrika.Az Geri qayıt |