Əsas Səhifə > Dünya > Türk sualtı qayığı Qara dənizdə tankeri məhv etdi – VİDEO
Türk sualtı qayığı Qara dənizdə tankeri məhv etdi – VİDEO14-06-2018, 23:43 |
|
Türkiyə hərbi dəniz qüvvələrinin Qara dənizdə keçirdiyi “müharibə oyunları” çərçivəsində hərbi dəniz donanmasına aid “Yıldıray” sualtı qayığı istismardan çıxarılmış tankeri məhv edib. Rubrika.az Oxu.Az-a istinaden xəbər verir ki, qayıqdan hədəfə 533 millimetrlik torpeda buraxılıb. Zərbə tankerin ortasına tuş gəlib və nəticədə gəmi iki yerə parçalanaraq batıb. “Yıldıray” 209 sualtı qayığı tipinə aiddir və səkkiz torpeda aparatı ilə təchiz olunub. Bu fəsilədən olan sualtı qayıqlar ilk dəfə Almaniyada 1971-ci ildə istehsal olunub və hazırda 14 ölkənin hərbi donanmasında yer alır. Rubrika.az Geri qayıt |