Əsas Səhifə > Hadisə > Quba-Xınalıq yolunda güclü sel: maşını dərəyə aşdı (FOTO)
Quba-Xınalıq yolunda güclü sel: maşını dərəyə aşdı (FOTO)16-06-2018, 20:43 |
|
Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb. Rubrika.az APA-ya istinadən xəbər verir ki, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub. Rubrika.az Geri qayıt |