Əsas Səhifə > İdman > Prezident İlham Əliyev dünya çempionatının rəmzi olan qurd Zabivaka ilə qucaqlaşdı

Prezident İlham Əliyev dünya çempionatının rəmzi olan qurd Zabivaka ilə qucaqlaşdı


18-06-2018, 10:20
Prezident İlham Əliyev dünya çempionatının rəmzi olan qurd Zabivaka ilə qucaqlaşdı

Azərbaycan prezidenti İlham Əliyev futbol üzrə dünya çempionatının rəmzi olan qurd Zabivaka ilə qucaqlaşıb.

Musavat.com haqqın.az saytındakı məlumatın Azərbaycan türkcəsində özətini hazırlayaraq bildirir ki, çempionatın açılış mərasimində iştirak etmək üçün Moskvaya səfər edən İlham Əliyevi hava limanında DÇ-nın talismanı qurd Zabivaka qarşılayıb və prezidentlə qucaqlaşıb.

Daha sonra onlar bir neçə dəfə futbol topu ilə paslaşıblar. Bu haqda internetdə yayılan video böyük populyarlıq qazanıb.

Rusyanın ev sahibliyi yapdığı 2018 Dünya Çempionatının simvolu olan Zabivaka bir qurdu- canavarı əks etdirir. DÇ 2018-in bu simvolunu Yekaterina Boşorova adlı tələbə dizayn edib. Məhz bu simvol - eynək taxan və Zabivaka ismi verilən Sibir qurdu müsabiqənin qalibi olaraq seçilib. İndi Moskvaya gələn qonaqları hava limanında bu "Sibir qurdu" - Zabivaka qarşılayır.

Zabivakanın rusca anlamı qolçu, qol vuran deməkdir.

Rubrika.Az
Geri qayıt