Əsas Səhifə > Hadisə > "Sərdar Cəlaloğlu tamamilə başını itirib" — Arif Rəhimzadədən ADP sədrinə SƏRT REAKSİYA
"Sərdar Cəlaloğlu tamamilə başını itirib" — Arif Rəhimzadədən ADP sədrinə SƏRT REAKSİYA18-06-2018, 14:50 |
|
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib. Rubrika.Az xəbər verir ki, komitə sədri "Ölkə.Az"a açıqlamasında bildirib ki, bu cür düşünənlər müstəqil Azərbaycan dövlətçiliyini istəmirlər: "Mən onun bu cür çıxışları ilə hələ tanış deyiləm. Əgər Sərdar Cəlaloğlu doğrudan da belə fikirlər səsləndiribsə, o çox böyük səhv edir. Görünür ki, o, tamamilə başını itirib". A.Rəhimzadə deyib ki, Azərbaycan dövlətinin müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu var: "Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bəlkə də müstəqilliyimizi qoruyub saxlaya bilməzdik. Çünki yeni müstəqillik qazanan dövrdə Azərbaycanda vəziyyət qeyri-sabit idi, müstəqilliyimizə qarşı ciddi təhlükələr var idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşdüyü böhrandan xilas etdi". Rubrika.Az Geri qayıt |