Əsas Səhifə > Digər > Göyçayda selin dağıtdığı körpü 3 günə istifadəyə veriləcək

Göyçayda selin dağıtdığı körpü 3 günə istifadəyə veriləcək


19-06-2018, 19:36
Göyçayda selin dağıtdığı körpü 3 günə istifadəyə veriləcək

İyunun 2-də Göyçay çayına gələn güclü sel nəticəsində dağılan avtomobil körpüsünün bərpası istiqamətində görülən işlər başa çatmaq üzrədir.

Rubrika.az AzərTac-a istinadən xəbər verir ki, selin təsiri nəticəsində uzunluğu 76 metr, eni 11,5 metr olan avtomobil körpüsünün 30 metrlik hissəsi dağılıb, nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb, Göyçay çayının şərq hissəsindəki 38 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

İyunun 3-dən başlayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və "Körpübinatikinti” ASC-nin tikinti briqadası və ağır texnikaları körpünün bərpası işlərinə başlayıb.

Sonra körpünün dağılmış yerində dəmir borular basdırılıb, uzunluğu 36 metr, eni 1 metr, hündürlüyü 5-9 metr olan beton istinad divarı qurulub. Hazırda ərazidə torpaqbərkitmə işləri görülür. Torpaq qatı çay yatağından təxminən 15 metr hündürlüyü olan körpüyədək qaldırılıb. Körpünün bərpası işlərinə 30-dan çox ağır texnika və 50-ə yaxın işçi qüvvəsi cəlb olunub. Tikinti işləri gündüz və gecə saatlarında davam etdirilir. İnşaat işlərinin 3 gün ərzində başa çatdırılması və körpünün istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, körpünün dağılması səbəbindən iyunun 2-dən bəri sürücülər Göyçay-Ucar-Göyçay avtomobil yolundan istifadə etməklə rayon mərkəzinə gedib-gəlirlər.


Rubrika.az
Geri qayıt