Əsas Səhifə > Cəmiyyət > "Ata-anası görmür o qız necə geyinir?" - Deputatdan "şortik qalmaqalı"na ikibaşlı reaksiya
"Ata-anası görmür o qız necə geyinir?" - Deputatdan "şortik qalmaqalı"na ikibaşlı reaksiya19-06-2018, 20:31 |
![]() “Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir?” Rubrika.az Teref.info-ya istinaden xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirən Milli Məclisin deputatı Ağacan Abıyev deyib. Ağacan Abıyevin fikrincə, valideynlər uşaqlarının geyim məsələsinə diqqətlə yanaşmalıdırlar: “Vallah, bu məsələdə siz necə düşünürsüzsə, mən də elə düşünürəm. Sizə bir şey deyim, bizdə geyimə görə qadağa yoxdur, kim necə istəyir, elə də geyinir. O qız azərbaycanlıdır, hə? Onda ata-anası baxmalıdır ki, o uşaq necə geyinir. Yəni camaat ona bir söz deyənə qədər, valideynləri həmin uşağa deməlidirlər ki, Bakıda belə geyinmək olmaz! Sən azərbaycanlısan, qayda-qanun var… Bu, o ailənin məsələsidir, ata-ananın işidir. Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir? Birinci növbədə ailədə o məsələlərə fikir vermək lazımdır”. Rubrika.az Geri qayıt |