Əsas Səhifə > Din > Azərbaycan Ordusunun mexanikləşdirilmiş taqımı hücumda
Azərbaycan Ordusunun mexanikləşdirilmiş taqımı hücumda20-06-2018, 11:35 |
|
Bu gün, iyunun 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub. RUBRİKA.AZ Virtualaz.org-a istinadla xəbər verir ki, burada şərti olaraq, Azərbaycan Ordusunun kursantlardan ibarət mexanikləşdirilmiş taqımı şərti düşmən üzərinə hücumu məşq edib. Məşğələnin planına uyğun olaraq, kursantlar, taqım və manqa komandirləri xəritə üzərində hücum planını müzakirə ediblər, döyüş tapşırıqları verilib. Döyüş tapşırıqlarına əsasən, mexanikləşdirilmiş taqım düşmən üzərinə tankın və piyada döyüş maşınlarının dəstəyi ilə hücuma keçib. Onların atəş nöqtələrinə zərbə endirilib və təyin olunmuş vaxtda bölmələr düşmən mövqelərini tutaraq nəzərdə tutulmuş xətt üzrə möhkəmləniblər. Müdafiə naziri kursantlara öz tövsiyələrini verib. Hazırda tədbir davam edir, müdafiə naziri Zakir Həsənov snayeperlərin hazırlığı mərkəzinin atış sahəsindədir. Burada Azərbaycan Ordusunun snayper hazırlığı kursunun müdavimləri təlim məşq tapşırıqlarını yerinə yetirirlər. RUBRİKA.AZ Geri qayıt |